Texnologiya

NASA 2025-ci ildə buraxılması planlaşdırılan Lunar Trailblazer kosmik aparatı ilə ayda su mənbələrini daha detallı öyrənməyə hazırlaşır. "SpaceX"in Falcon 9 raketi ilə orbitə çıxarılacaq bu aparat, suyun hansı formalarda və hansı bölgələrdə yerləşdiyini xəritələndirəcək. Ayın kəşfində əldə ediləcək bu məlumatlar, gələcək insanlı missiyalarda içməli su və raket yanacağı istehsalında istifadə oluna bilər.

NASA Lunar Trailblazer adlı bu orbit aparatını ayda su mənbələri barədə daha dəqiq məlumat toplamaq üçün 2025-ci ilin əvvəlində orbitə göndərməyi planlaşdırır. Aparat Falcon 9 raketi ilə orbitə çıxarılacaq və həmin raket eyni zamanda ayı kəşf edəcək başqa bir kosmik aparatı da daşıyacaq.

 NASA-nın son açıqlamasına görə, Lunar Trailblazer bir neçə əsas sınaqdan uğurla keçib.

 Missiyanın tamamlanması üçün iki kosmik aparat istifadə olunacaq. Bu cihazlar ayda su olan əraziləri və suyun hansı formalarda mövcud olduğunu xəritələndirmək üçün nəzərdə tutulub. Hər iki aparat infraqırmızı texnologiyadan istifadə edərək yüksək dəqiqliklə xəritələnmiş görüntülər təqdim edəcək.

 Lunar Trailblazer təxminən 200 kiloqram ağırlığında olub, günəş enerjisi paneli tam açıldıqda 3,5 metr ölçüsündədir. Kosmik aparat ayın səthindən təxminən 100 kilometr yuxarıda, orbitdə yerləşəcək.

Ayda su tapılıbmı? 
Keçmişdə aparılan bir çox tədqiqatlar ayda suyun mövcudluğuna dair güclü sübutlar ortaya qoyub. Lakin bu sübutlar suyun dəqiq harada və hansı formada olduğu haqqında dəqiq məlumatlar vermirdi. Alimlər suyun əksəriyyətinin buz şəklində mövcud olduğuna inanır. Bununla yanaşı, suyun maye halda və ya atmosferdə qaz şəklində mövcud olduğu bölgələr də ola bilər. Ötən ay yayımlanan bir araşdırma, ayda suyun mövcudluğunun daha geniş yayılmış ola biləcəyini irəli sürdü. Bu araşdırma Hindistanın Chandrayaan-1 orbit aparatından toplanmış məlumatların yeni analizlərinə əsaslanır.

NASA ayda su axtarışının vacib olduğunu bildirir, çünki bu, gələcək kəşf fəaliyyətləri üçün əhəmiyyətli bir resurs kimi qəbul olunur. Astronavtlar suyu içməli su, cihazların soyudulması, nəfəs almaq üçün oksigen və hətta raket yanacağı kimi istifadə edə bilərlər.

Suyun mənbəyini təyin etməyi asanlaşdıra bilər.

NASA bildirir ki, Lunar Trailblazer gələcək insan və ya robot tədqiqatçılarının suyun ilkin mənbəyini müəyyənləşdirməsinə kömək edəcək. Məsələn, buzda ammonyak tapılması suyun kometlərdən gəldiyinə işarə edə bilər. Digər tərəfdən, sülfürün mövcudluğu isə ayın gənc və vulkanik aktiv dövrlərində, ayın daxili təbəqələrindən səthə çıxdığını göstərə bilər.

 Aparat ayın səth temperaturunun detallı xəritəsini çıxarmağa yönələcək.

NASA açıqlamasında qeyd edib ki, "Su molekullarının ay səthində sərbəst hərəkət edib-etmədiyini və ya daşların içində qalıb-qalmadığını öyrənmək elmi baxımdan böyük əhəmiyyət kəsb edir."


Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il