Texnologiya

“Google” yeni Android 15 yeniləməsi ilə istifadəçilərin diqqətini cəlb edib. Bu xüsusiyyət cihazlar arasında fayl paylaşımını asanlaşdırmaq məqsədi daşısa da, bunun məcburi olması bir çox istifadəçini narahat edib. Görünür, Android cihaz sahibləri istəsələr belə cəld paylaşım adlı bu yeni funksiyanı söndürə bilməyəcəklər.

Cəld paylaşım “Google”ın Android 15 yeniləməsinin diqqətəlayiq yeniliklərindən biri kimi seçilir. Bu xüsusiyyət, cihazın quraşdırılması prosesi zamanı nəzərə çarpan şəkildə istifadəçilərə təqdim edilib . Əvvəlcə opsion olaraq təklif edilməsi gözlənilən cəld paylaşım istifadəçilərin istəməsələr də, aktiv şəkildə istifadə etməli olacaqları bir tətbiq halına gəldi. “Google” bildirir ki, bu yenilik xüsusilə Android cihazları arasında və "Chromebook" və "Windows PC" kimi platformalar arasında məlumat ötürülməsini sürətləndirəcək. İstifadəçilər cəld paylaşımdan istifadənin asanlığı ilə razılaşsalar da, istədikləri zaman bu funksiyanı söndürə bilmədiklərindən şikayətlənirlər.

“Google”ın məlumat təhlükəsizliyi və məxfiliyə həssaslığı bilinsə də, bəzi istifadəçilər fayl paylaşma funksiyasının məcburi edilməsinin şəxsi seçimlərə zidd olduğunu düşünür. Bundan əlavə, bu proqramın fonda daimi işləməsi batareyanın sərfiyyatına mənfi təsir göstərir. “Google”ın bu mübahisəli addımı qarşısında istifadəçilərin reaksiyası və rəyi mühüm rol oynaya bilər. Şirkətin istifadəçilərin bu xüsusiyyətlə bağlı tələblərinə nə dərəcədə qulaq asacağını zaman göstərəcək.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il