Əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə telefon danışığı zamanı bildirib.
Dövlət başçısı Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini vurğulayıb.