Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Crossmedia.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2024-cü ilin I yarısındakı fəaliyyətinin audit olunmuş nəticələri, şirkətin 2023-cü il üzrə audit olunmuş faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) nəticələri, 2024-cü il üzrə büdcə proqnozları, Ətraf mühit, Sosial və İdarəetmə (ESG) hədəfləri, ESG reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.