İqtisadiyyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin jurnalistlərə verdiyi açıqlamadan məlum olub ki, minimum əməkhaqqı və pensiyaların artırılması nəzərdə tutulur. Bəs dövlət büdcəsi hesabına təyin olunan bu müavinətlərin artması sosial-iqtisadi problemlərin həllinə təsir göstərirmi? 

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Toğrul Vəliyev bildirib ki, minimal əmək haqqının artması sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün kifayət qədər yetərli addım deyil:

“Pensiya və sosial müavinətlərin artırılması yalnız sosial baxımdan həssas qrupların problemlərini qismən həll edə bilər. Rəsmi inflyasiya səviyyəsi həm reallığı tam əks etdirmir, həm də görünən inflyasiya səviyyəsindən çox aşağıdadır. Sosial-iqtisadi problemlər təkcə göstəricilərin dəyişməsindən asılı deyil. İnsanların inana biləcəyi sosial sistemin qurulması çox vacibdir”.

T.Vəliyev pensiya sistemindəki problemlərə də toxunub: 

“Tez-tez müzakirə olunan mövzular pensiyaların hansı tarixdə ödənməsi, pensiyaya çıxmaq səbəbləri və şərtləridir. Bu sistem qaydasına düşmədikcə sosial-iqtisadi problemlər həllini tapmayacaq”. 

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il