“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 2025-ci ildə dövlət büdcəsinə 150 milyon manat dividend ödəməsi nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir.
Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında ABB 169,4 milyon manat dividend ödəyib və proqnozu 113 % icra edib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 282,183 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.