İqtisadiyyat

ABB ölkəmizin ev sahibliyi edəcəyi COP29 ərəfəsində daha bir maraqlı hesabat yayıb. Hesabat “İqlim dəyişikliyinin təsirləri və nəticələri” adlanır. Burada iqlim dəyişikliyinin əsas səbəbləri, onun qlobal və yerli səviyyədəki təsirləri barədə ətraflı məlumat verilib.

İqlim dəyişikliklərinin ayrı-ayrı aspektləri, o cümlədən su resursları, atmosfer çirklənməsi və s. istiqamətlər üzrə geniş təhlillər aparılıb. İqlim dəyişikliyi səbəbindən Azərbaycanda quraqlıq riskinin artması və şirin su ehtiyatlarının azalması, buna rəğmən son onilliklərdə ölkədə atmosferə buraxılan çirkləndirici maddələrdə azalma meylinə xüsusi diqqət yetirilib. Bununla bağlı müqayisəli göstəricilər təqdim olunub.

Hesabatda iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsirləri geniş təhil edilib. Araşdırmada iqlim dəyişikliyinin qlobal iqtisadiyyata təsirləri, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi axını, YSDD istiqraz bazarının inkişafı, enerji transformasiyası və s. bu kimi məsələlərlə bağlı da zəngin məlumatlar var. Hesabatda həmçinin iqlim dəyişikliyinin bank sektoruna təsirləri ilə bağlı informasiyalar təqdim edilir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il