Energetika

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41 milyard 625,4 milyon kubmetr təbii qaz hasil edilib.

Crossmedia.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 31 milyard 727 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,7 %, əmtəəlik qaz hasilatı isə 6,8 % artıb.

Ötən 10 ay ərzində Azərbaycanda 24 milyon 147,8 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 24 milyon 092,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,7 %, əmtəəlik neftin həcmləri isə 3,5 % azdır.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il