Noyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gün ərzində yarımadanın bəzi yerlərində fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.