Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə səfir “X” platformasında paylaşımında bildirib.
O qeyd edib ki, görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.
“Birliyimiz gücümüzdür”, - səfir vurğulayıb.