Türkiyənin nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı ölkəmizdə səfərdədir.
Crossmedia.az xəbər verir ki, o, bu barədə özünü sosial şəbəkə hesabında paylaşım edib.
O, 2018-ci ildə Bakıya səfəri zamanı İçərişəhərdə çəkdirdiyi fotodakı məkanın önündən yeni şəkil paylaşıb.
"Bakıda illər ötsə də, 2018-ci ildən 2024-cü ilə qədər tək dəyişməyən şey Azərbaycan sevgimizdir", - o, paylaşımda bildirib.