Gündəm

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən COP29 çərçivəsində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan və əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanla görüşüb.

Crossmedia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səyləri ilə iki qardaş ölkə arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin daim inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. COP29-un əhəmiyyəti, həmçinin bu çərçivədə əmək və sosial müdafiə sahəsi ilə bağlı keçirilən tədbirlərin önəmi qeyd edilib. Azərbaycanla Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə, həmçinin sosial xidmətlər sahələrində də uğurlu əməkdaşlıq təcrübəsinin olduğu, bu sahədə müqavilə-hüquq bazasının daim genişləndiyi bildirilib. Son illər imzalanmış sənədlərin ölkələrimiz arasında qeyd edilən sahələrdə əməkdaşlığının inkişafına töhfə verdiyi vurğulanıb.

Gorüşdə əmək və sosial müdafiə, sosial xidmətlər sahələrində əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il