Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bunu layihəyə rəhbərlərlik edənlərdən biri professor Erhan Özden deyib.
O bildirib ki, marş yaxın gələcəkdə hazırlana bilər: “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.
E.Özdenin sözlərinə görə, himndə türk millətinin xüsusiyyətləri özünəxas söz və musiqi ilə izah ediləcək.
Həmçinin qeyd olunub ki, qarşıdakı illərdəki ümumi lüğətin də hazırlanması gözlənilir.
Qeyd edək ki, bundan əvvəl TDT üzvlərinin ortaq əlifbası hazırlanıb.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.