Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan müharibə, Moskva və Kiyev arasında yalnız hərbi qarşıdurmaya deyil, həm də beynəlxalq siyasət və geosiyasi güc nisbətlərini test edən bir prosesə çevrildi. Bu gün müharibənin 1000-ci günüdür. Ukrayna-Rusiya müharibəsi və gələcəkdəki geopolitik ssenarilərin mümkün inkişafı, o cümlədən atəşkəs və barışıq perspektivləri maraq doğuran nüanslardandır.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlamasında bu 1000 gün ərzində iki dövlətin rastlaşdığı problemlərə diqqət çəkib:
"1000 gündə bəlli oldu ki, Rusiya heç də bir neçə günə Ukraynanı tuta bilmədi. Rus ordusunda çoxlu boşluqlar, qeyri-peşəkarlıqlar, böyük yeyintilər göründü. Ukraynaya sözdə verilən dəstək faiz əmsalında az yerinə yetirildi. Kiyevə qalib gəlmək üçün yox, ayaqda qalmaq üçün dəstək verildi. Buna görə də ayaqda qalsa da qalib gələ bilmədi. Bunun obyektiv səbəbləri də var. İstər əhali, ərazi, istərsə də iqtisadi baxımdan Ukrayna ilə müqayisədə Rusiyanın üstünlükləri var idi. Kiyevə qalib gəlmək üçün dəstək lazım idi, o dəstək verilmədi. Bu onu göstərdi ki, orta və kiçik ölkələr böyük qüvvələrin savaşında alətə çevrilməməlidir. Misal olaraq Gürcüstan və Ukraynanı buna misal çəkmək olar.
Bu müharibə bütün dövlətlərə bir dəfəlik dərs oldu. Balanslı, soyuqqanlı siyasət yürütmək lazımdır, vədlərə inanmaq lazım deyil. İndiki zamanda kiçik və orta dövlətlər üçün əsas məsələ ərazi bütövlüyünü qorumaqdır. Ukrayna bunu bacarmadı".
Politoloq müharibənin nə vaxt bitəcəyi və atəşkəsin elan ediləcəyi barəsində proqnozlarını da verib:
"Fikrimcə 2 ilə atəşkəs elan ediləcək. Bu atəşkəs Ukraynanın xeyirinə olmayacaq. Kağızda ərazi bütövlüyü tanınacaq amma reallıqda o, ərazisinin bir hissəni itərəcək. 2- 3 ilə isə barışıq olacaq. Rusiya-Gürcüstan müharibəsinə nəzər salsaq 2008-dən sonra bir çoxları deyirdi ki, məsələ bitdi, gürcülər birdəfəlik rusları sildilər. Amma gördüyünüz kimi Rusiya-Gürcüstan arasında diplomatik münasibətlər rəsmi qorunmasa da ticari, iqtisadi, siyasi münasibətlər yaxşılığa doğru davam edir. Fikrimcə vaxt hər bir yaranı sağaldır. Bu yara da sağalacaq. Rusiya-Ukrayana arasında münasibətlər yenidən qurulmağa başlayacaq. Ukraynanın itirdiyi ərazilər fikrimcə Rusiya dövləti dağılmaq şərti ilə qaytarıla bilər. Rusiya dövləti qaldığı halda bu, mümkünsüzdür. Krım artıq bir dəfəlik Ukraynadan çıxarılıb. Bir daha Ukrayna Krımı qaytara bilməyəcək. Krım əski sahiblərinə qayıdacaq".
Banuçiçək Kalbalıyeva