Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdiririk. Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini azərbaycanlı qardaşlarımız həll edəcək. Sonra bu dəhliz Naxçıvandan Türkiyəyə keçəcək. Türkiyədə biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik.