Gündəm

Prokurorluq orqanları tərəfindən cinayət təqibi ilə bağlı xarici təcrübənin öyrənilməsi, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Crossmedia.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il noyabrın 14-15-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən Beynəlxalq Tolerantlıq Günü ilə bağlı illik Nifrət Cinayəti Hesabatı təqdim olunub.

ATƏT-in üzvü olan 40-dan çox ölkənin milli əlaqələndirici şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.

Tədbirdə nifrət cinayətləri qanunvericiliyi, nifrət cinayətlərinə qarşı mübarizə və bu sahədə məlumatların toplanması ilə bağlı mövcud təcrübə barədə geniş məlumat verilmiş, digər ölkələrin müvafiq sahədə təcrübəsi öyrənilib və mövzu ətrafında müzakirələr aparılıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il