Gündəm

“Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı dedikləri sülh danışıqlarında pozitiv irəliləyişlərə səbəb ola bilər. Çünki Azərbaycanın əsas tələblərindən biri ondan ibarətdir ki, sülh sazişinin mətni tam şəkildə razılaşdırılsa belə onun imzalanması üçün ilk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır. Bunun üçün də Ermənistan öz konstitusiyasını dəyişməlidir”.

Bu fikirləri Nikol Paşinyanın Müstəqillik Bəyannaməsini  “ermənilərin ən böyük problemi və faciəsi” adlandırmasını Crossmedia.az-a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

“Orada əsas problem yaradan məsələlərdən biri də ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları olan Müstəqillik Bəyannaməsinə birbaşa istinad var. Yəni Ermənistan Konstitusiyası Müstəqillik Bəyannaməsindəki Azərbaycana qarşı ərazi iddialarını ifadə edir. Ona görə də rəsmi Bakı davamlı sülhün bərqərar olması üçün Ermənistandan həmin müddəaların Konstitusiyadan təmizlənməsini tələb edir. Yalnız bundan sonra, sülh sazişinin tam mətni razılaşdırıldığı təqdirdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkün ola bilər”.

Siyasi şərhçi qeyd edib ki, Paşinyanın bu açıqlamaları Ermənistan cəmiyyətində radikal-revanşist mövqeli siyasi dairələri qətiyyən qane eləmir:

“Bu səbəbdən də Paşinyan hakimiyyətinə qarşı Ermənistana xəyanət etməsi iddiaları ilə ittihamlar irəli sürülür. Ancaq Ermənistan cəmiyyətindəki radikal siyasi dairələrdən fərqli olaraq Paşinyan hakimiyyəti tam dəqiqliklə anlayır ki, artıq bu məsələlərin uzadılması Ermənistanın əleyhinə yönəlmiş bir prosesə çevrilə bilər və Ermənistan ən qısa zamanda Azərbaycanla yekun sülh sazişini imzalamaq məcburiyyətindədir. Əks halda Ermənistana ABŞ, Avropa Birliyi və Fransanın dəstəyi belə kömək eləməyə bilər. Onların Ermənistana təhlükəsiz təminatı vermək imkanları yoxdur. Paşinyan hakimiyyəti onu da dəqiq bilir ki, Ermənistanın təhlükəsizlik təminatı rolunu yalnız Azərbaycanla imzalanmış yekun sülh sazişi təmin edə bilər”.

GÜNƏŞ

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il