Gündəm

Özbəkistan dünyada ilk dəfə Türkiyə ilə birlikdə icazə sistemi tətbiq edib. Biz bunu Qazaxıstanla da həyata keçirdik. Çox yaxın vaxtlarda Türkmənistan və Azərbaycanla da həyata keçirməyi planlaşdırırıq.

Crossmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat nazirinin müavini Mamanbəy Ömərov COP29da "Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, icazə sistemini digər sərhəd ölkələrlə, eləcə də “E-icazə” sistemi ilə tətbiq edəcəklər.

“Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin, eyni zamanda, Trans-Əfqanıstan dəhlizinin tikintisi üzərində işlər aktiv davam edir. Düşünürəm ki, bütün bu marşrutlar Orta Dəhliz üçün əlavə həcm yaradacaq və onun şaxələndirilməsi üçün bir fürsətdir. Dəhlizin daha da inkişaf etdirilməsi və tranzit potensialının artırılması, sərhəddə keçidin sadələşdirilməsi üçün müasir üsulların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam edir”, - deyə nazir müavini bildirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il