Əgər bu gün Ermənistan və Azərbaycan “sülh müqaviləsi”nin bütün bəndləri üzrə razılığa gəlsələr, Bakı sənədi imzalamayacaq, çünki ilkin şərt Ermənistanın Konstitusiyasını dəyişdirmək və Müstəqillik Bəyannaməsindən imtina etməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrə istinadən yazır.
Nəşr iddia edir ki, İrəvan Bakını yalnız Ermənistan Konstitusiyasının dəyişdirilməsindən sonra qüvvəyə minəcək sənədi imzalamağa dəvət edib, lakin Azərbaycan bu təklifi də rədd edib. Qəzetin yazdığına görə, Paşinyan anlayır ki, hazırda Konstitusiyaya dəyişiklik etmək üçün referendum keçirə bilməz. Ona görə də o, Bakının bu tələbini yerinə yetirmək üçün qarşıdan gələn seçkilərdə qalib gəlməyə çalışır.