Gündəm

COP29 çərçivəsində bir sıra görüşlərimiz baş tutacaq, indi isə COP29-dakı Türkiyənin “Sıfır Tullantı” mövzusunda hazırlanan stendini ziyarət etdik. Bu qədər böyük bir tədbirin qardaş ölkə Azərbaycanda keçirilməsi və bu konfransı yüksək səviyyədə təşkil etməsi bizi sevindirir.

Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə COP29 konfransı çərçivəsində Türkiyə Respublikasının təhsil naziri Yusuf Tekin Türkiyə pavilyonunu və Yaşıl zonada yerləşən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Sıfır Tullantı" mövzusunda hazırlanan stendi ziyarət edərkən deyib.

"Bu dünya hər birimizindir. Dünyanı gələcək nəsillərə sağlam şəkildə miras qoya bilmək üçün hər birimizin üzərinə məsuliyyət düşür. Hazırda yaşadığımız dünyada uşaqlarımız və nəvələrimizin də haqqı var. COP29 da məhz bu mövzulara diqqət çəkməyi hədəfləyib.

Konfrans çərçivəsində dünyada sülhü, azadlığı və təbiətdən istifadə mövzusundakı problemlərə birlikdə həll yolu tapa bilərik”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il