Türkiyə Xarici İşlər Nazirliyi Avropa Birliyinin Egey və Aralıq dənizləri ilə bağlı Məkansal Dəniz Planlaşdırması işlərində istifadə etdiyi xəritələrin hüquqi qüvvəyə malik olmadığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Xarici İşlər Nazirliyi dəniz yurisdiksiyası hüquqlarının pozulmasına imkan verməyəcəyini vurğulayıb. Açıqlamada qeyd olunub ki, istifadə edilən xəritələr Türkiyə üçün etibarsızdır və heç bir hüquqi nəticə doğura bilməz.
Bundan əlavə, Avropa Birliyinin suveren ölkələr arasındakı mübahisələrdə mövqe bildirmək səlahiyyətinə malik olmadığı xatırladılıb. Nazirlik, birtərəfli addımların Egey problemlərinin ədalətli və davamlı həllinə mane olacağını qeyd edərək beynəlxalq hüquq çərçivəsində həllə çağırış edib.
Elnurə Kərimova