Donald Tramp Amerika Prezidenti Cozef Baydenin Rusiya ərazisinə zərbələr endirmək qərarını ləğv edəcəyini vəd edib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, onun fikrincə, “əslində dünyanı III Dünya Müharibəsinə sürükləyir”:
“Ukraynada sonsuz müharibənin yeni mərhələsi ilə razılaşmaqdan imtina edirəm. Mənə sülh lazımdır, amma onlara (demokratlara) pul və münaqişə lazımdır. Bu, bizi III Dünya Müharibəsinin astanasına itələmək demək olsa belə, düzünü desəm, artıq və çox sürətlə baş verir”,-
ABŞ-ın yeni seçilmiş prezidenti qeyd edib.