Rusiya Federasiyası ABŞ hərbi ekspertləri tərəfindən idarə olunan uzaqmənzilli raketlərin buraxılışını Qərb tərəfdən müharibənin keyfiyyətcə yeni mərhələsi kimi qəbul edəcək.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Sergey Lavrov deyib. Onun sözlərinə görə, Bryansk vilayətinə ATACMS raketləri ilə hücumlar amerikalıların iştirakı olmadan mümkünsüzdür:
"Rusiya Federasiyası nüvə müharibəsinin qarşısının alınması mövqeyinə ciddi şəkildə sadiqdir. ABŞ-nin Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək qərarının rəsmi təsdiqi yoxdur, informasiya mediadan gəlir. Moskva ABŞ-nin Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək qərarına müvafiq reaksiya verəcək. Şolzun Kiyevə “Taurus” raketləri verməkdən və Rusiya Federasiyasına zərbə endirməkdən imtina etməsi doğru və məsuliyyətli qərardır",-deyə Lavrov bildirib.