Estoniya Müdafiə Nazirliyinin Kəşfiyyat Mərkəzinin komandiri Polkovnik Ants Kiviselq Şimali Koreya ordusunun dağlıq ərazilərdə döyüş əməliyyatlarına hazır olduğunu, lakin Ukraynanın ərazi və iqliminə uyğun olmadığını qeyd edib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki,Kiviselq Şimali Koreya birliklərinin Ukraynada ağır itkilər verməsi, hətta mövcud Rusiya qüvvələrindən daha çox itki yaşamasının gözlənildiyini bildirib.