İranın proksi qüvvələri İsrailə İraq ərazisindən hücum edə bilər.
Crossmedia.az “Reuters”ə istinadən xəbər verir ki, İsrailin Qəzza və Livana hücumlarını izləyən rəsmi Bağdad İranın proksi qüvvələrinin İraq ərazisindən İsrailə hücumları zamanı artan gərginliyə neytral mövqedə qalmağa çalışır.
Eyni zamanda xəbər agentliyi “Axios”a istinadən yazıb ki, İran yaxın günlərdə, ehtimal ki, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən öncə İraq ərazisindən İsrailə hücum etməyə hazırlaşır.