İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam respublikasının paytaxtının köçürülməsi planının hazırlanmasına başlandığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, prezident planın hazırlanmasına cavabdeh olaraq birinci müavini Məhəmməd Rza Arefi təyin edib:
"Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməyimizə gətirib çıxara bilər".