Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Ordusunun hərbçiləri qarşısında çıxışı zamanı Koreya yarımadasındakı gərgin vəziyyətdə tam döyüş hazırlığının təmin edilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, o, ABŞ və Cənubi Koreyanın hərəkətlərinin region tarixində ən böyük təhlükəsizlik təhdidini yaratdığını qeyd edərək, Koreya yarımadasının “dünyanın ən qaynar nöqtəsinə” çevrildiyini bildirib.
Onun sözlərinə görə, bu baxımdan Şimali Koreya regionda başlaya biləcək mümkün müharibəyə hazır olmalıdır.
Noyabrın 18-də KXDR üç həftəlik fasilədən sonra Cənubi Koreyaya zibil olan 40-a yaxın hava şarını havaya buraxıb. Yonhap xəbər agentliyinin Birləşmiş Qərargah Rəislərinə istinadən verdiyi xəbərə görə, şarların təxminən yarısı Seul ərazisinə və mərkəzi Kyeonggi əyalətinə düşüb.
Gültac Mehdizadə