Dünya xəbərləri

ABŞ rəsmiləri Mərkəzi Kəşfiyyat İdarəsinin ( MKİ) rəsmisini keçən ayın sonunda İsrailin İrana hərbi cavab planlarına dair çox məxfi sənədlərin açıqlanmasında əli olmaqda ittiham edib. 

Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Bildirilib ki, MKİ-də çalışan Asif Rəhman Kambocada Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən həbs edilib və onun federal məhkəmə qarşısında çıxış edəcəyi gözlənilir.

Məlumata görə, ittiham olunan şəxsin ifşa etdiyi sənədlərdə yer alan məlumatlar olduqca məxfidir və İsrailin İrana mümkün hücumuna yönəlmiş peyk şəkillərinin ətraflı təsvirlərini ehtiva edir. Sənədlərdə İsrail hərbçilərinin hücumda istifadə edə biləcəyi raketlərin, qırıcıların və digər təyyarələrin növləri qeyd edilib. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il