Bu gün İraqda 1997-ci ildən bəri ilk dəfə əhalinin siyahıyaalınması prosesinə start verilir. İraq Planlaşdırma Nazirliyinin proqnozlarına görə, ölkə əhalisinin sayı artıq 43 milyon nəfəri keçib ki, bu da 1997-ci illə müqayisədə (19 milyon nəfər) xeyli çoxdur.
Crossmedia.az bildirir ki, siyahıyaalma prosesi İraq Kürdüstanında da həyata keçiriləcək.
Bununla əlaqədar olaraq Kərkükdəki ərəb koalisiyası İraqın baş nazirindən Kərkükdə əhalinin siyahıyaalınmasını dərhal dayandırmasını tələb edib. Ərəb Koalisiyası 2003-cü ildə keçirilən oyunun təkrarlandığını, Kərkükdə yaşamayan və Kərkükdən olmayan ailələrin və insanların qeydiyyata alındığını iddia edir.
Türkiyə mediası da siyahıya alınmada kütləvi saxtakarlığın baş verəcəyinə eyham vurar. Blidirilir ki, "2003-cü ildə oynanılan oyun təkrarlanır, ona görə də təcili olaraq Kərkükdə siyahıyaalmanın ləğvi üçün diplomatik təşəbbüs göstərilməlidir".