İran İsrailə qarşı “Doğru Vəd-3” əməliyyatı ilə bağlı yeni açıqlama verib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün həftəlik brifinqdə Donald Trampın ABŞ prezident iseçkilərində qələbəsindən sonra Tehranın İsrailə qarşı hazırladığı “Doğru Vəd-3” əməliyyatından imtina etməsi ilə bağlı suala belə cavab verib:
“Biz dəfələrlə bəyan etmişik ki, İranın ərazi bütövlüyünü müdafiə etmək, maraqlarımızı və milli təhlükəsizliyimizi qorumaq üçün heç kimdən icazə almayacağıq. İrana qarşı edilən hücuma isə qətiyyətlə cavab veriləcək”.