Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun protokolunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, protokola görə, hakim ‘Gürcü Arzusu’ partiyası 53,93% səs toplamaqla parlamentdə çoxluğu əldə edib.
Öz növbəsində, Gürcüstanın müxalifəti və ölkə prezidenti hakim partiyanı seçkilərin saxtalaşdırılmasında ittiham ediblər.
Bir neçə müxalifət partiyası isə parlamentin işində iştirak etməmə qərarı verib.