Yerevanda məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanı, keçmiş müdafiə naziri Seyran Oğanyanı və sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovu məhkəməyə gəlmədikləri üçün həbs etməyə qərar verib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, ittihamlar 1 mart 2008-ci ildə baş verən hadisələrlə bağlıdır. Həmin dövrdə prezident seçkilərindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət seçki nəticələrinə etiraz olaraq etirazlar təşkil etmişdi.
Hakimiyyət tərəfindən etirazların güc tətbiq edərək yatırılması nəticəsində 10 nəfər həyatını itirmişdi.