Ermənistan parlamenti ikinci və yekun oxunuşda ehtiyatda olan zabitlərin xidmətə qayıtmasına icazə verən qanun layihəsini yekdilliklə qəbul edib.
Crossmedia.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan qeyd edib ki, ehtiyatda olan zabitlər sərhəd və xüsusi təyinatlı hərbi hissələrdə (kəşfiyyat, hava hücumundan müdafiə və s.) xidmət edəcəklər.
Bundan əvvəl Ermənistan KİV-i Ermənistan Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində itkilərin sayının hər gün artdığını, üstəlik, kəskin zabit çatışmazlığının olduğunu yazmışdı.