COP29

Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçukun mətbuat konfransı keçirib. 

Crossmedia.az bu barədə məlumat verir.

Nazir bildirib ki, müharibənin gətirdiyi dağıntılar təkcə insanların həyatını yox, həm də təbiəti, ətraf mühiti və enerji infrastrukturunu ciddi şəkildə təsirləndirib. O cümlədən  qeyd edir ki, Ukrayna 30 il ərzində ölkədə baş verənləri, bu gün yaşadıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün öz pavilyonuna sahib olmağa çalışıb:

"Bu 1000 günlük müharibə dövründə Ukrayna çoxsaylı dağıntılarla, ekoloji və iqtisadi zərərlə üzləşib. Müharibə zamanı təbiət səssiz qurban rolunu oynayır, lakin gələcəkdə bu kimi vəziyyətlərin qarşısını almaq üçün hər kəs səylərini birləşdirməlidir. Ekoloji təhlükəsizliyin təmin edilməsi təkcə Ukrayna üçün deyil, bütün dünya birliyi üçün həyati əhəmiyyət daşıyır".

Nazir həmçinin qeyd edir ki, Ukrayna müharibə dövründə enerji infrastrukturunun böyük hissəsini itirib:

"İki gün əvvəl Rusiya qüvvələrinin enerji obyektlərinə hücumu nəticəsində Ukraynanın istilik və su elektrik stansiyaları, eləcə də enerji ötürmə yarımstansiyaları məhv edilib. Bunun nəticəsində, Odessada və bir çox digər bölgələrdə elektrik enerjisi tamamilə kəsilib, milyonlarla insan məhdudiyyətlərlə yaşamağa məcbur olub. Hazırda iqlim neytrallığı və gələcəklə bağlı müzakirələr aparılan bir zamanda Ukraynanın işıqsız, istiliksiz qalması, xüsusilə də qış mövsümündə, humanitar fəlakətə səbəb ola bilər. Bu vəziyyət Rusiyanın əsassız təcavüzü və ədalətsiz müharibəsinin birbaşa nəticəsidir".

Nazir həmçinin CO29 emissiyalarına toxunaraq bildirir ki, Ukrayna hər gün partlayışlar, yanğınlar və ətraf mühitin çirklənməsi ilə üzləşir. O qeyd edir ki,müharibə dövründə 180 milyon tondan çox əlavə CO29 emissiyası qeydə alınıb və bu, təkcə Ukrayna üçün deyil, qlobal iqlim məqsədləri üçün də böyük təhlükədir.

Enerji sisteminin vəziyyətinə toxunan Qrinçuk vur]ulayıb ki, rusların demək olar ki, bütün enerji sistemini məhv etməsinə baxmayaraq, Ukrayna şəbəkəsini bərpa etmək üçün əlindən gələni edir:

"Yeni, daha dayanıqlı və çevik enerji sistemi qurmaq üçün tərəfdaşlarla birgə çalışılır. Bu məqsədlə kiçikmiqyaslı bərpa olunan enerji mənbələri və qaz turbinləri qurulur. Ukrayna müharibə zamanı 3 milyon hektardan çox meşəsini itirib. Mnalar, raket zərbələri və partlayışlar səbəbindən hər gün yeni yanğınlar baş verir. Bununla yanaşı, Ukrayna meşələrin bərpası üçün fəal iş aparır və son üç ildə 555
milyon ağac əkilib".

Qrinçuk bildirib ki, Ukrayna yaşıl keçid üçün beynəlxalq ictimaiyyətin ehtiyac duyduğu 30 əsas mineraldan 21-nə sahibdir. Bu ehtiyatların qorunması və davamlı istifadəsinin təmin edilməsi təkcə Ukraynanın deyil, Avropa və dünya birliyinin təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır.  

Nazir xüsusi olaraq qeyd edib ki, Ukraynanın enerji infrastrukturununbərpası və ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycandan gələn dəstək çox əhəmiyyətlidir. O bildirir ki, Azərbaycanın göstərdiyi yardım Ukraynanın həm enerji, həm də təhlükəsizlik sahəsində dirçəlməsi üçün mühüm rol oynayır.

Nəhayət, Kaxovka su elektrik stansiyasının dağıdılmasının nəticələrinə toxunan nazir bildirib ki, bu hadisə Ukraynanın su ehtiyatlarına və ekosistemlərinə böyük ziyan vurub. 

Qrinçuk son olaraq əlavə edib ki, Ukrayna beynəlxalq tərəfdaşların dəstəyi ilə yalnız müharibədə qalib gəlməyə deyil, həm də iqlim məqsədlərinə nail olmağa davam edəcək. və qarşıya qoyulan məqsədlərə çatmaq üçün Ukrayna hər gün mübarizə aparır və gələcəyə nikbin baxır.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il