COP29 İqlim Dəyişikliyi Konfransı çərçivəsində ətraf mühitin qorunması və su ehtiyatlarının bərpası istiqamətində mühüm müzakirələr aparılıb.
Crossmedia.az xəbər verir ki , 20 noyabrda keçirilən xüsusi paneldə Türkiyənin İzmit Körfəzinin dib çamurunun təmizlənməsi layihəsi müzakirə olunub. Panel Türkiyənin Kocaeli Böyükşəhər Bələdiyyə başçısı Doç. Dr. Tahir Büyükakının moderatorluğu ilə baş tutub. Tədbirdən əvvəl panel iştirakçıları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşərək fikir mübadiləsi aparıblar.
"Solmax Netherlands BV"nin texniki müdiri Edwin Zengerink dünyada dib çamurunun təmizlənməsi və geotekstil tüp texnologiyası ilə susuzlaşdırma metodlarının tətbiqi barədə məlumat verib.
İstanbul Universiteti-Cerrahpaşa Mühəndislik Fakültəsinin nümayəndəsi Dr. Kağan Özdemir İzmit Körfəzində həyata keçirilən dip çamuru təmizliyi layihəsinin metodologiyası ilə bağlı təqdimat edib.
İstanbul Universiteti Su Elmləri Fakültəsinin dekanı Prof. Dr. Melek İşinibilir Okyar ekosistemin qorunması üçün dip çamuru təmizliyinin əhəmiyyətini vurğulayıb və innovativ yanaşmalar haqqında danışıb.
Bu panel İzmit Körfəzinin bərpası üzrə qabaqcıl texnologiyaların tətbiqi və ekoloji təsirlərin azaldılmasına dair mühüm müzakirə platforması olub. Layihənin həm regional, həm də beynəlxalq miqyasda əhəmiyyəti böyükdür.
Nihat Tahirov