COP29

İqlimlə bağlı xərclər artıq növbəti ilin büdcəsində əksini tapıb.

Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, ölkəmizin paytaxtında dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 keçirilir, iqlim məsələləri, onun bizim gündəlik həyatımıza təsirləri müzakirə edilir.

“Dünya miqyasında Azərbaycan bu məsələlərdə öz baxışlarını nümayiş etdirməkdədir. Biz büdcədə bununla bağlı işlərə başlamışıq. İqlimlə bağlı xərclər artıq növbəti ilin büdcəsində əksini tapıb", - deyə o əlavə edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il