"Azərbaycan "Yaşıl Şəhərlər" proqramının necə işlədiyinə çox gözəl nümunədir."
Crossmedia.az xəbərinə görə bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun vitse-prezidenti və AYİB-in "Yaşıl Şəhərlər" proqramının rəhbəri Lin Oqradi deyib.
O qeyd edib ki, hazırda 25 ölkədə 90 layihəyə 3 milyard sərmayə qoyulub.
"Bu layihə çərçivəsində sərmayə qoyduğumuz ölkələrdən biri də Azərbaycandır. Gəncənin tamamlanmış "Yaşıl Şəhər" planı var və su və küçə işıqlandırması da daxil olmaqla bir sıra investisiyalar dəstəklənib. Azərbaycan bu proqramın necə işlədiyinə çox gözəl nümunədir".