COP29

COP29 tədbiri zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək. Bu yollarda hərəkətin təhlükəsiz və nizamlı təmin olunması üçün tədbirlər görüləcək.

Crossmedia.az xəbər verir ki, bu sözləri DİN-in Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.

Onun sözlərinə görə, vətəndaşların rahat hərəkət edə bilməsi üçün ralternativ yollar təklif ediləcək.

“Həmin istiqamətlərə getməli olanlar isə zəruri hallarda, fəsilələrlə gedə biləcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu yollarda yol hərəkəti qaydalarına uyğun məlumatlandırma işarələri qoyulacaq və ətraflı məlumat rəsmi kanallar vasitəsilə paylaşıldığı üçün şəhərdə hərəkətin dayanıqlılığı qorunacaq. Beləliklə, tədbir dövründə həm yerli sakinlərin, həm də qonaqların rahatlığı maksimum dərəcədə təmin ediləcək”, - deyə Namidan Piriyev əlavə edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il