COP29

COP29 çərçivəsində iqlim fəalları qalıq yanacaqların istifadəsinə qarşı çıxaraq “Mavi zona”da aksiya təşkil ediblər. Bu etiraz konfransda iştirak edən böyük sənaye çirkləndiricilərinin lobbiçilik fəaliyyətinə qarşı yönəlib.

Eyni zamanda, aksiya iştirakçıları ədalətli iqlim maliyyələşdirilməsi və ətraf mühitin çirkləndirilməsinin dayandırılması tələbləri ilə çıxış ediblər.

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki: "Təbii ki, bu mavi zonada keçirilən nümayişlər COP29 da iştirak edən siyasətçilərin diqqətini ekoloji problemə cəlb etməkdən ibarətdir. İqlim dəyişmələri, səhralaşma, torpaq deqradasiyası, çirklənmə qlobal ekoloji problemlərin əsas istiqamətləridir. Bundan ötrü dünyada müxtəlif tədbirlər həyata keçirilir. Bu günlərdə də Bakı buxtasındakı balina maketi bu tədbirlərdən ən maraqlısı idi. İnsanların və siyasətçilərin diqqətini dəniz canlılarının məhvinə yönəltdilər. Bu baxımdan bunu müsbət dəyərləndirirəm".

Beləliklə, iqlim fəallarının və ekoloqların bu kimi təşəbbüsləri qlobal ekoloji problemlərin həllinə diqqət çəkmək baxımından mühüm əhəmiyyət daşıyır. COP29 çərçivəsində keçirilən aksiya və tədbirlər, davamlı gələcək naminə ictimaiyyətin və siyasətçilərin məsuliyyətini artırmaq məqsədinə xidmət edir.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il