COP29

Noyabrın 16-da COP29 çərçivəsində Mühafizəkar İqlim Fondunun təşkilatçılığı ilə "Karbon tutulması: daha təmiz gələcək" mövzusunda müzakirələr keçirilib.

Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən “ClearPath Vaşinqton”un baş direktoru Ceremi Harrell təmiz enerji və iqlim haqqında danışıb, ABŞ-ın iqlim tədbirlərinin sürətləndirilməsində oynaya biləcəyi rola toxunub.

Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini verib, eyni zamanda, Azərbaycanın COP-a sədrliyini çox yüksək qiymətləndiriblər.

Tədbirdə, həmçinin enerji mənbələri, nüvə, elektrik avadanlıqlarının getdikcə daha mühüm rol oynayacağı barədə müzakirələr aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il