Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, vətəndaşların yaşayış səviyyəsini yüksəltmək məqsədilə minumum əməkhaqqı və pensiyaların artırılması nəzərdə tutulub.
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yanvarın 1-dən həm minimum pensiyaların, həm də əməkhaqqılarının artırılması gözlənilir:
“Pensiyaların artımı hər il baş verir və bu artım, bilavasitə əməkhaqqının artım dinamikasına uyğun olur. 2025-ci ildə orta əməkhaqqı nə qədər artacaqsa, minimum pensiya məbləğində də həmin qədər artım baş verəcək”.
Ekspert onu da qeyd edib ki, minimum əməkhaqqının artımına gəldikdə isə, növbəti ilin yanvarın 1-dən artırılması gözlənilir. Bu artımın təxminən 15 faiz ətrafında olması proqnozlaşdırılır.
Aytac Bəhruzqızı