Çarpaz baxış

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Ermənistan mediasına verdiyi müsahibəsində Azərbaycan əleyhinə müxtəlif iddialar səsləndirib. Səfir Azərbaycanın öz ərazisində separatçılığa son qoymaq üçün gördüyü tədbirləri tənqid edərək, bu addımları hədəfə alıb. Eyni zamanda, Dekotinyi Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinad edərək, bu qərarları təhrif etməklə Ermənistanın mövqeyini dəstəkləyib.

Bundan əlavə, səfir Ermənistanın “yarımçıq sülh” anlayışını dəstəkləyərək, Azərbaycanın bölgədə dayanıqlı sülh istiqamətindəki səylərinə qarşı çıxıb. Bu çıxışlar Fransa səfirinin Ermənistan-Fransa əlaqələrindən çox, Azərbaycan əleyhinə kampaniyaya kökləndiyini və onun bölgədə sülh prosesinə zidd mövqe tutduğunu göstərir.

Siyasi şərhçi Əziz Əlibəyli mövzu haqqında fikirlərini Crossmedia.az-a bildirib:

“Fransa söz oyunu ilə Ermənistanı müharibəyə aparır. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq hüququn ifadəsiylə təsdiq olunur. Belə bir yanaşma sülh müqaviləsinin bağlanması öncəsi, COP29 kimi mühim tədbirin keçirilməsi ərəfəsində bölgədə xüsusi gərginlik atmosferinin yaradılmasına hesablanıb. İkinci mərhələdə isə Azərbaycanın beynəlxalq imicin kormalaq üçün atılan addımlara hesablanıb”.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il