Çarpaz baxış

Fransız hökuməti Makronun yarıtmaz siyasəti ilə böhran mərhələsinə qədəm qoyub. Demokratik quruluşa sahib Fransada Makronun diktaturaya, avtoritar sistemə meyli ona qarşı ölkə daxilində və siyasi partiyalar arasında kəskin etirazla qarşılanır. Bu ilin yay aylarında Fransada keçirilən parlament seçkilərində Makronun  partiyasının sağçı Milli Birlik Partiyasına məğlub olması ona olan etimadı daha da sarsırtdı. Bu hadisədən sonra onu dəstəkləyənlər də əks mövqedə çıxış etməyə başladılar. Makronun eyni istiqamətli fəaliyyəti hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxara bilər. 

Mövzuyla bağlı siyasi şərhçi Kənan Novruzov Crossmedia.az-a açıqlama verib:
"Son zamanlar Fransa hakimiyyətində cərəyan edən hadisələr Emanuel Makronun həm dövlət başçısı, həm də  siyasətçi kimi səriştəsizliyi ilə bağlıdır. Fransanın daxili və xarici siyasəti onu göstərir ki,  hər gün ölkədə hakimiyyət əleyhinə aksiyalar təşkil edilir. Fransa demokratiyadan danışsa da, bütün aksiyalarda polis zorakılığını görmək mümkündür. Bu da onu göstərir ki, insanların sərbəst toplaşmaq azadlığı məhduddur. Fransanın xarici siyasət kursundakı biyabırçılıq Makronun və Fransa hakimiyyət partiyasının reytinqinə ciddi zərbə vurur. Bildiyimiz kimi, Fransa özünün  müstəmləkəçilik siyasəti ilə gündəmdədir. Afrika ölkələrində, Yeni Kaledoniyada neokolonalist siyasət höküm sürür. Bütün bunlar özünü demokratiyanın beşiyi kimi təqdim edən Fransa üçün çox böyük utancdır. Təsadüfi deyil ki, Makronun reytinqi günü-gündən azalır. Belə getsə, prezident seçkiləri başlamadan öncə Makron hakimiyyətdən uzaqlaşdırılacaq. Artıq zaman Fransanın mövcud iqtidarının əleyhinə işləyir. Bu da, Makronun səriştəsizlik, müstəmləkəçilik siyasəti və insan azadlıqlarının məhdudlaşdırılması ilə bağlıdır".
Kənan Novruzov həmçinin  Makronunun hakimiyyətinin zəiflənməsini Ermənistan hökumətinə olan təsiri barədə də fikrini bildirdi:
“Bu gün Ermənistanı silahlandıran və maliyyə yardımı ayıran əsas dövlətlərdən biri də Fransadır. Bu da, Fransanın Cənubi Qafqazla bağlı maraqlarından irəli gəlir. Çünki, rəsmi Paris Cənubi Qafqaza olan təsir imkanlarını artırmaq istəyir. Buna görə də Fransa regionun ən zəif bəndi olan Ermənistandan istifadə edir. Azərbaycana təsiri olmadığına görə Ermənistandan istifadə edir. Bir sözlə, Fransa “kökə və qamçı” siyasətini tətbiq edir. Yəni, Ermənistanı əvvəlcə silahlandıraraq maliyyə yardımı ayırıb, öz tərəfinə çəkir. Daha sonra öz drektivlərini Ermənistan vasitəsilə yerinə yetirir. İstisna etmirəm ki, bu gün Ermənistanın Azərbaycana qarşı münasibətində də tutduğu destruktiv mövqə, sülh sazişindən yayınması və hərbi təxribatlar Fransanın mövqeyi ilə bağlıdır. Çünki, Fransa regionda sülh istəmir, ona görə ki, regional sülh üçüncü qüvvənin, yəni Fransanın bölgəyə müdaxiləsinin qarşısını alacaq. Şübhəsiz ki, Makronun yerinə diplomatik şücaətə sahib hökumət gəlsə,  biləcəklər ki,  Cənubi Qafqazda olmağın yolu bu deyil. Cənubi Qafqazda olmaq üçün buranın ən böyük və güclü aktoru olan Azərbaycanla hesablaşmaq lazımdır. Əks təqdirdə Fransanın müdaxiləsi ilə yenidən Ermənistan və Azərbaycan arasındakı münasibətlər kəskin vəziyyətdə olacaq, bu da Fransanın Cənubi Qafqazdakı mövcudluğunu sual altına sala bilər".
Siyasi şərhçi  Emmanual Makronu hansı situasiyalar gözləyəcəyi barədə sualı isə belə cavablandırıb:
"Nəinki yerli xalq, hətta Fransa hökumətindəki bəzi siyasətçilər, o cümlədən Makronun komandasından olan bəzi şəxslər də onun səriştəsiz siyasətindən beziblər. Təsadüfi deyildir ki, son vaxtlar Frandada baş nazir tez-tez dəyişir, yəni hökumətin tərkibində müəyyən dəyişikliklər olur. Bu onu göstərir ki, Makronun siyasəti hökumətdə və onun komandasında çəkişmə mövzusuna çevrilib. Makron özünün daxili və xarici siyasət kursuna ciddi redaktələr etməsə, vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılacaq".

Aybəniz Səfərova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il