Çarpaz baxış

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının XI Zirvə toplantısı 2024-cü ilin 5-6 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilir. Zirvə görüşündə Türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və region üçün strateji əhəmiyyət kəsb edən məsələlərin müzakirə edilir.

Siyasi şərhçi Elçin Xalidbəyli Crossmedia.az saytına açıqlamasında bildirib ki,  Prezident İlham Əliyev  çıxışlarında Türk Dövlətləri Təşkilatının Azərbaycan dövlətinin əsas prioritetləri sırasında ön plana yerləşdirdiyini  və yaxın gələcəkdə də  aparıcı dövlətlərdən  biri kimi bu qurumun güclənməsində xüsusi rol oynayacağını vurğulamışdır. Türk Dövlətləri Birliyinin əsas hədəfi yeni dünya düzənində aparıcı mövqe qazanmaq, beynəlxalq siyasət məkanında iradə sahibi olmaq, dünyada cərəyan edən hadisələrə birbaşa təsir göstərmək hüququ qazanmaq və ən əsası Türk dövlətlərinin ortaq iqtisadi, siyasi tərəfdaşlığını ən yüksək səviyyəyə çatdıraraq güclü  beynəlxalq geopolitik iradə mərkəzinə çevrilmək kimi bir hədəflər müşahidə olunur. 

Həmçinin əlavə edib ki: “ Bu günə qədər olan toplantılarda Türk Dövlətləri Təşkilatının dünyanın super gücünə çevrilməsi istiqamətində kifayət qədər önəmli addımlar atılıb. Bundan sonrakı toplantılarda da bu prosesin davam etdiriləcəyi və təşkilatın eynilə yeni dünya  düzənində pay sahibi olan nəhəng güc mərkəzinə çevrilməsi istiqamətində qətiyyətli addımların atılmasına davam ediləcəkdir”.

 

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il