CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Energetika naziri:

11:57 26.11.2026

Energetika naziri: Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə yeni töhfəsi Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirməkdir

45

Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında çıxış edib. Crossmedia.az xəbər verir ki, çıxışda Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü Azərbaycanın ilk dəstəkləyən ölkələrdən biri olduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, təşəbbüs çərçivəsində ölkə daxilində və xaricdə yatırılan sərmayənin həcminə görə Azərbaycanın Çindən sonra ikinci yerdə olduğu diqqətə çatdırılıb. Orta Dəhlizin Çinlə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirdiyi, Zəngəzur dəhlizinin isə Şərqlə Qərb arasında yeni marşrut açacağı qeyd olunub. “Liderlərimizin siyasi iradəsi ilə münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımızın genişlənməsini və təmiz enerji sahəsində birgə layihələrin inkişafını dəstəkləyir. Çin şirkətləri ilə quruda günəş və dənizdə külək enerjisi, enerji saxlancı və elektrik şəbəkəsi infrastrukturu üzrə çoxsaylı müqavilələrin imzalanması, “China Energy” ilə hərtərəfli strateji tərəfdaşlığın qurulması, bu yaxınlarda günəş elektrik stansiyasının istifadəyə verilməsi və elektrik şəbəkəsi üzrə tədqiqatın aparılması bu siyasətin konkret nəticələridir”- deyə nazir əlavə edib.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər