CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: 502 hüquqi şəxs

18:10 08.10.2026

MMX hüquq-mühafizə orqanlarına ötürülən məlumatların sayını 30 % artırıb

59

2025-ci ildə Maliyyə Monitorinqi Xidməti (MMX) hüquq-mühafizə orqanlarına 95 məlumat göndərilib ki, bu da, illik müqayisədə 30 % çoxdur. Crossmedia.az bu barədə MMX-ya istinadən xəbər verir. Məlumata görə, həmin məlumatlar 320 fiziki və 502 hüquqi şəxsi əhatə edib, 116 şübhəli hesab olunan əməliyyat əsasında təqdim olunub. Bu hesabatların 17-si əsasında Baş Prokrorluğa, 7-si əsasında Dövlət Təhlükəsizlik Xidmətinə, 69-u əsasında Daxili işlər Nazirliyi, 23-ü əsasında isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat ötürülüb. O cümlədən ötən il vergidən yayınma və qanunsuz mərc oyunlarının vasitəçiliyi ilə əlaqədar 20 vergi ödəyicisi və 416 fiziki şəxs barədə Dövlət Vergi Xidmətinə məlumat ötürülüb. Hüquq-mühafizə orqanlarına ötürülmüş məlumatların 91 vahidini öhdəlik daşıyan şəxslərin göndərdiyi hesabat, 3 vahidini xarici maliyyə kəşfiyyatı orqanından daxil olmuş məlumat, 1 vahidini isə vətəndaşdan Maliyyə Monitorinqi Xidmətinə ünvanlanmış müraciət təşkil edib. Ötən il Xidmətdən hüquq mühafizə orqanlarına təqdim edilmiş məlumatlar əsasında 7 cinayət işi açılıb, bunlardan 2 iş Cinayət Məcəlləsinin (CM) 193-1-ci maddəsi, 5 iş CM-in digər maddələri ilə bağlı olub. 2025-ci ildə hüquq-mühafizə orqanlarından 214 sorğu daxil olub ki, bu da, 2024-cü ildən 76 vahid və yaxud 55 % çoxdur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR