2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial xərclərin payı 41 % təşkil edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Komitənin sədri Azər Əmiraslanov bildirib.
"Növbəti illərdə də sosial istiqamət büdcədə prioritet olacaq", - deyə o qeyd edib.