İqtisadiyyat

Aparılan təhlillər 2025-ci ilin dövlət büdcəsi layihəsinin təqdim olunan sənədlərində bəzi yeniliklərin tətbiq edildiyini göstərir.

Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, əvvəlki ildən fərqli olaraq, makroiqtisadi göstəricilər və ssenarilər büdcə layihəsində əks etdirilməyib.

“Əsaslı xərclərin azalması şəraitində cari və borca xidmət xərclərinin artımı proqnozlaşdırılır.

Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb. Qeyd etmək istərdim ki, izahatda əks etdirilmiş bu risk indikatoru üzrə narahatlığı biz də bölüşürük".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il