Türkiyə Xarici İşlər Nazirliyi Qırmızı dənizdə türk yük gəmisinə hücum edən husiləri qınayıb. Nazirliyin rəsmi bəyanatında bildirilib ki, belə hadisələrin yenidən baş verməməsi üçün bütün lazımi tədbirlər görülüb.
Crossmedia.az xəbər verir ki, noyabrın 19-da Yəmən ordusunun nümayəndəsi Sari açıqlama verərək bildirib ki, husilər Anadolu S adlı türk yük gəmisinə hücum ediblər. Onun sözlərinə görə, hücumun səbəbi gəminin xəbərdarlıqlara məhəl qoymaması və ona sahib olan şirkətin İsrail limanlarına giriş qadağasını pozması olub.
Emil Bağızadə