Türkiyənin İzmir şəhərində 3 polis əməkdaşı yaxalamaq istədikləri şəxs tərəfindən silahlı hücuma məruz qalıb.
Crossmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Seferihisar rayonunda qeydə alınıb.
Silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.
Hadisə yerinə növbəti dəfə polis əməkdaşları və təcili yardım göndərilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.